featured-image-16944

“Sumqayıt”ın futbolçusu Vüsal İsgəndərli karyerasını yenidən ölkə xaricində davam etdirə bilər.

Bu barədə Msport.az-a 27 yaşlı hücumameylli yarımmüdafiəçinin özü məlumat verib.

Onun sözlərinə görə, yaxın günlərdə kluba bununla bağlı rəsmi təklif gələcək.

Təcrübəli vinger komandaların adlarını açıqlamasa da, onların Türkiyə, Kipr və Şimali Makedoniya təmsilçiləri olduğunu gizlətməyib.

Qeyd edək ki, cari mövsümün əvvəlində “Sumqayıt”a keçən Vüsal İsgəndərli daha əvvəl Türkiyədə legioner həyatı yaşayıb. O, I Liqada çıxış edən “Keçiörengücü”nün formasını geyinib.

Bənzər xəbərlər