featured-image-42091

Azərbaycan şahmatçısı Nicat Abasovun da iştirak edəcəyi İddiaçılar Turnirinin ümumi mükafat fondu açıqlanıb.

Msport.az FIDE-nin rəsmi saytına istinadən xəbər verir ki, yarışın mükafat fondu 700 min avrodur. Bunun 500 min avrosu kişilərin, 250 min avrosu isə qadınların turniri üçün nəzərdə tutulub.

Qalibə 48 min, ikinci və üçüncü yerin sahiblərinə isə müvafiq olaraq, 36 və 24 min avro veriləcək. Bundan əlavə, oyunçular hər yarım xal üçün 3,5 min avro alacaqlar.

Bu isə o deməkdir ki, Nicat Abasov turnirin qalibi olacağı halda, 50 min avrodan çox gəlir əldə edə bilər.

Qeyd edək ki, İddiaçılar Turniri aprelin 2-25-də Kanadanın Toronto şəhərində keçiriləcək.

Bənzər xəbərlər