featured-image-10550

“Qarabağ” Çemqpionlar Liqasının (ÇL)  pley-off mərhələsində sabah “Viktoriya Plzen”lə qarşılaşacaq

Msport.az xəbər verir ki, Çexiya klubunun rəsmi saytı Ağdam komandası haqqında yazı hazırlayıb. Yazıda xatırlanıb ki, indiyə qədər bu komandalar dörd dəfə üz-üzə gəliblər. Bu matçlardan ikisi yoxlama oyunu, ikisi isə ÇL-in III təsnifat mərhələsinin qarşılaşmaları olub. “Qarabağ” Həmin oyunların birində qalib gəlib, digər 3 qarşılaşma isə heç-heçə başa çatıb. “Viktoriya”nın heyətində “Qarabağ”a qarşı dörd matçın hamısında oynamış iki nəfər var –  kapitan Lukaş Heyda və qapıçılar üzrə məşqçi Matuş Kozaçik.

Vatslav Pilarj, Radim Rjeznik, Yan Kopiç, Lukaç Kalvaç, Aleş Çermak və Tomaş Çori isə “Qarabağ”a qarşı bir görüşdə meydana çıxıblar.

Çexiya təmsilçisinin rəsmi saytı “Qarabağ”ın futbolçuları haqqında da məlumat hazırlayıb. Həmkarlarımız Ağdam klubunun aparıcı oyunçuları kimi İbrahima Vadji və avrokuboklarda klubun ən yaxşı bombardiri Kadini qeyd ediblər.

İbrahima Vadji – 27 yaşlı seneqallı hücumçu Çempionlar Liqasının 6 oyununda 4 dəfə fərqlənib.  20 yaşlılar arasında dünya çempionatının iştirakçısı olmuş forvard “Qarabağ”a Norveçin “Haqesund” klubundan gəlib və ötən mövsüm komandanın ən məhsuldar oyunçularından olub.

Kadi – 26 yaşlı braziliyalı yarımmüdafiəçi “Lex”, “Sürix” və “Ferentsvaroş”la qarşılaşmalarda özünü yaxşı tərəfdən göstərib. 5 oyunda meydana çıxan Kadi 4 qol vurub və 3 məhsuldar ötürmə verib. Azərbaycan Premyer Liqasının ən yaxşı bombardiri ötən mövsüm Konfrans Liqasının qrup mərhələsində də məhsuldarlığını göstərib.

Qurban Qurbanov – “Qarabağ”da vacib fiqurlardan biri baş məşqçidir. Vaxtilə futbolçu karyerasında 399 oyunda 178 qol vurmuş hücumçu 2008-ci ildən komandanın sükanı arxasındadır. Onun rəhbərliyi altında “Qarabağ” yerli çempionatda və beynəlxalq arenada uğurlar əldə edib.

“Viktoriya”lıların Bakı xatirələri 

Hücumçu Yan Sikoranın həm Bakı, həm də “Qarabağ” haqqında yaxşı xatirələri var. O, 2016-cı ildə “Slovan Liberets”də çıxış edərkən Azərbaycan komandası ilə oyunlarda təkcə 4 xal qazanmayıb, həm də Avropa Liqası tarixinin ən erkən qolunu vurub. 2:2 hesabı ilə başa çatan matçda Sikoraya fərqlənmək üçün cəmi 10 saniyə vaxt lazım olub.

“Viktoriya”nın “10 nömrəsi” Honza Kopiç Bakıda iki gözəl hadisəni yaşayıb. Əvvəlcə o, dəqiq zərbə ilə “Viktoriya”ya Çempionlar Liqasında növbəti mərhələyə vəsiqə qazandıran qolu vurub. Bir il sonra isə Azərbaycan paytaxtına millinin formasında qayıdıb. Dünya çempionatının seçmə mərhələsində Çexiya səfərdə 2:1 hesabı ilə qələbə qazandığı görüşdə Kopiç qonaqların ilk qolunu vurub. Yığmamızda isə həmin qarşılaşmada Əfran İsmayılov penaltii ilə fərqlənib.

Hücumçu Yan Kliment meydana sonradan daxil olmuşdu.

Bənzər xəbərlər