featured-image-5696

Mini futbol üzrə milli komandamızın Avropa çempionu olması münasibətilə konsert proqramı təşkil ediləcək.

Msport.az xəbər verir ki, konsert iyunun 15-I saat 19:00-da Bakı bulvarının ərazisində (Zəfər parkı ilə üzbəüz) olucaq.

Milli komandanın iştirakı ilə keçiriləcək konsertin təşkilatçıları Gənclər və İdman Nazirliyi, Azərbaycan Minifutbol Federasiyası, “Azfar Group”, “Zirə” Peşəkar Futbol Klubu, sponsor isə “Nar” şirkətidir.

Konsert proqramında rəsmi şəxslər və mini futbol üzrə milli komandanın baş məşqçisi Elşad Quliyev çıxış edəcək, xüsusi avtobusla kubok tamaşaçılara təqdim olunacaq.

Müğənnilər Zülfiyyə Xanbabayeva, Miri Yusif və Səmra çıxış edəcəklər.
Xatırladaq ki, Slovakiyada keçirilmiş Avropa çempionatında mini futbol üzrə millimiz finalda Rumıniyaya 1:0 qalib gələrək qızıl medalların sahibi olub.

Bənzər xəbərlər