Bakıda cüdoçular üçün imtahan
Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə Kəmər dərəcələri üzrə rəsmi imtahan təşkil ediləcək.
Msport.az xəbər verir ki, bunu qurumun mətbuat xidməti açıqlayıb.
İmtahan yanvarın 29-da baş tutacaq. Tədbir Cüdo üzrə milli komandaların Bakıdakı Təlim-Məşq Mərkəzində (ACF-nin inzibati binası) keçiriləcək.
İmtahan 7 yaşdan yuxarı cüdo ilə məşğul olan hamı üçün açıqdır. Kəmər seçimi müvafiq yaş uyğunluğuna əsasən aparılacaq. İmtahana hazırlaşmaq üçün fəndlər cədvəli, videolar və yaş qrupları üzrə cədvəl də müəyyənləşib.
İmtahanı uğurla keçən namizədlərə ACF tərəfindən müvafiq kəmər və sertifikat təqdim ediləcək.
Qeyd edək ki, kəmər imtahanı peşəkarlıq səviyyənin qiymətləndirilməsi və rəsmi olaraq tanınması, həmçinin gələcəkdə nüfuzlu daxili yarışlarda iştirak üçün zəruridir.