featured-image-59576

Beynəlxalq Atıcılıq İdmanı Federasiyası (ISSF) bu il Bakıda iki hakimlik kursu keçirəcək.

Msport.a xəbər verir ki, bunlardan birincisi fevralın 20-23-də keçiriləcək.

İlk kursda güllə atıcılığı yarışlarında çalışan hakimlər iştirak edəcəklər.

Fevralın 27-dən martın 2-dək isə stend atıcılığı üzrə hakimlər kursu keçiriləcək.

Burada qarşıdan gələn Olimpiya tsiklində tətbiq ediləcək yeni qaydalar, yarışların reqlamentindəki dəyişikliklər və hakimliyin cari məsələləri müzakirə olunacaq.

Bənzər xəbərlər