Bakıda UEFA Pro kursu keçirilir
AFFA-nın təşkilatçılığı ilə Təhsil və Reabilitasiya Mərkəzində UEFA-nın Pro kateqoriyalı məşqçi kursunun III mərhələsi keçirilir.
Msport.az xəbər verir ki, UEFA-dan təyin olunan qonaq Dani Rizer tərəfindən keçirilən kursda liderlik və məşq fəlsəfəsi mövzusunda müzakirələr aparılıb.
Dani Rizerlə yanaşı, AFFA-nın təhsil şöbəsinin rəhbəri Aslan Kərimov və təlimatçı Osman Rəhimovun rəhbərliyi ilə təşkil olunan kursa avqustun 28-də yekun vurulacaq.