Bakıda ustad dərsləri
Ən parlaq gimnastlardan biri, karyerasını bu yaxınlarda başa vuran Salome Pajava Bakıda ustad dərsləri keçəcək.
Msport.az xəbər verir ki, bu, dünən Milli Gimnastika Arenasında start götürən “Ocaq kuboku” III beynəlxalq turniri çərçivəsində reallaşacaq.
Bu gün yarışın ikinci gününün sonunda gürcü gimnastı gənc idmançılarla ustad dərsinə başlayacaq.
Qeyd edək ki, Pajava ikiqat Olimpiya iştirakçısıdır.