featured-image-77578

Futbol üzrə Azərbaycan I Liqasında 24-cü tura yekun vurulub.

Msport.az xəbər verir ki, bu gün iki oyun keçirilib.

“Baku Sportinq” gözlənilmədən öz meydanında autsayder “Difai”ni məğlub edə bilməyib – 1:1.

“Səbail” isə “Bayıl Arena”da “Cəbrayıl”ın qapısından 6 cavabsız top keçirib. “Dənizçilər” bu qələbədən sonra xallarının sayını 46-ya çatdıraraq 2-ci pilləyə yüksəliblər. Lider “Şəfa” 53 xala malikdir. “Mingəçevir” 45 xalla 3-cü, “Baku Sportinq” isə 42 xalla 4-cü yeri tutur.

30 aprel 

“Baku Sportinq” – “Difai” 1:1

Qollar: Rubin Seyidov, 32 – Kristian Kamta, 80

“Səbail” – “Cəbrayıl” 6:0 

Qollar: Alfonso Almeyda, 12, Fəxri Məmmədli, 25, Rəşad Həsənov, 32-öz qapısına, Ruslan Vorontsov,84, Qurban Səfərov, 87, Roman Hüseynov, 89.

Bənzər xəbərlər