featured-image-12014

Aleksey Baqa “Sumqayıt”dan ayrılır. Msport.az xəbər verir ki, Premyer Liqanın 5-ci turunda “Neftçi”yə səfərdə 0:3 hesablı məğlubiyyətdən sonra belaruslu mütəxəssis postundan getməyə qərar verib.

Bu üzdən o, matçdan sonra baş tutan mətbuat konfransına da qatılmayıb. Əvəzində köməkçi məşqçi Rail Məlikov jurnalistlər önünə çıxıb. Onun sözlərinə görə, Baqa səhhətində problem yarandığı üçün konfransda iştirak edə bilməyib.

Lakin əldə etdiyimiz məlumata görə, belaruslu məşqçi artıq futbolçularla vidalaşıb. O, komandanın avtobusu ilə Sumqayıta qayıtmayıb.

Xatırladaq ki, “Sumqayıt” 5 turdan sonra qola həsrətdir və cəmi 2 xalı var.

Bənzər xəbərlər