Barkolanın “Liverpul”a keçmək üçün şərtlər
Jurnalist Fabrizio Romano sosial media platforması X-də PSJ və Fransa millisinin hücumçusu Bredli Barkol ətrafındakı vəziyyətlə bağlı şərh verib.
Msport.az xəbər verir ki, Romano “Liverpul”un fəal şəkildə oyunçu ilə maraqlandığını deyib.
Daha əvvəl PSJ-nin hazırkı transfer pəncərəsində Barkolanı satmaq niyyətində olmadığı bildirilirdi.
Daxili mənbənin məlumatına görə, parislilər “RB Leypsiq”in hücumçusu Yann Diomande və “Monako”nun yarımmüdafiəçisi Maqnes Akiluşu alsalar, vəziyyət dəyişə bilər. Fransa klubunun hər ikisi ilə maraqlandığı deyilir. Bu halda, əhəmiyyətli bir təklif olarsa, PSJ Barkolanı yenidən müzakirə edə bilər.







