featured-image-80188

“Borussiya Dortmund”un futbolçusu Kərim Adeyemi yaxın vaxtlarda “Barselona”ya keçəcək.

Msport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano paylaşım edib.

Mənbənin sözlərinə görə, Kataloniya klubu bu transferə görə 22 milyon avro+7 milyon bonus şəkilində ödəyəcək.

Hücumçu “Barsa” ilə 5 illik müqaviləyə imza atacaq.

Adeyemi ötən mövsüm 39 oyunda 10 qol vurub və 6 məhsuldar ötürmə verib.

 

Bənzər xəbərlər