featured-image-55279

İspaniyanın “Barselona” klubu bir müddət əvvəl karyerasını başa vuran qapıçı Voytsex Şensnı ilə razılığa gəlib.

Msport.az xarici mətbuata istinadən xəbər verir ki, 34 yaşlı qolkiperlə 1 illik müqavilə imzalanacaq.

Tibbi müayinədən keçən polşalı qapıçı bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsinin ikinci turunda İspaniyada İsveçrənin “Yanq Boyz” komandası ilə keçiriləcək görüşü tribunadan izləyəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Qeyd edək ki, Voytsex Şensnı son olaraq İtaliyanın “Yuventus” klubunda çıxış edib.

Bənzər xəbərlər