“Barselona” hücumçusu ilə müqaviləni ləğv etdi
İspaniyanın “Barselona” klubu futbolçusu Martin Breytueytlə yollarını ayırıb.
Msport.az Kataloniya təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 31 yaşlı hücumçunun müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv olunub.
Danimarkalı forvardın sözləşməsi 2024-cü ildə başa çatmalı idi.
Xatırladaq ki, Martin Breytueyt 2020-ci ildən “Barselona”da çıxış edib.