“Barselona”nın 2 müdafiəçisi zədələndi
“Barselona”nın müdafiəçiləri Jül Kunde və Aleks Balde zədələnib.
Msport.az xəbər verir ki, hər iki oyunçu İspaniya kubokunun yarımfinal mərhələsinin “Atletiko” ilə cavab matçında sıradan çıxıb.
Onlar bud əzələlərindən zədə alıblar. Kundenin zədəsi (kiçik bir yırtıq) ciddi deyil. Onun Çempionlar Liqasının 1/8 final mərhələsində “Nyukasl”a qarşı oyunda oynayacağı gözlənilir. Baldenin durumu isə daha ciddidir. O, bir neçə həftə yaşıl meydanlardan kənarda qalacaq.
Qeyd edək ki, “Atletiko” ilə cavab oyununda “Barselona” 3:0 hesabı ilə qalib gəlsə də, Madrid təmsilçisi ilk matçda 4:0 hesabı ilə üstün olduğu üçün mərhələ adlayıb.







