“Barselona”nın yetirməsi “Kristal Pelas”da - RƏSMİ
“Kristal Pelas” “Selta”nın sabiq müdafiəçisi Oskar Mingeseni heyətinə qatıb.
Msport.az xəbər verir ki, London təmsilçisi 27 yaşlı futbolçu ilə 2030-cu ilə qədər nəzərdə tutulan müqavilə imzalayıb.
O, yeni baş məşqçi Pyer Sajın dövründə klubun ilk transferi olub.
Qeyd edək ki, “Barselona”nın yetirməsi olan Mingese son üç mövsümdə “Selta”nın heyətində 147 oyunda 7 qol vurub, 15 məhsuldar ötürmə edib. O, həmçinin İspaniya millisində 4 oyun keçirib.







