Baş məşqçi postuna 2 namizəd – Premyer Liqa nəhəngində
Ruben Amorimin istefasından sonra “Mançester Yunayted”in baş məşqçi vəzifəsinə əsas namizədlərin adları açıqlanıb.
Msport.az xəbər verir ki, klub təyinatı yaya qədər təxirə salacağı halda Tomas Tuhel və Roberto De Dzerbi əsas favoritlər kimi nəzərdən keçirilir.
Hazırda Tomas Tuhel İngiltərə millisinin baş məşqçisidir və 2026-cı il dünya çempionatında komandaya rəhbərlik edəcək. Roberto De Dzerbi isə Fransa çempionatında uğurlu çıxış edən “Marsel” klubunu çalışdırır.
Qeyd edək ki, Ruben Amorim dünən “Mançester Yunayted”in baş məşqçi vəzifəsindən uzaqlaşdırılıb.







