featured-image-82730

“Bavariya” müdafiəçi Kim Min Cenin gələcəyi ilə bağlı danışıqlar aparmağa hazırlaşır.

Msport.az xəbər verir ki, Münhen təmsilçisi 29 yaşlı futbolçu ilə yaxın vaxtlarda görüşərək onun klubdakı gələcəyini müzakirə edəcək.

Baş məşqçi Vensan Kompani ilə Kim Min Ce arasında münasibətlərin yaxşı olduğu və müdafiəçinin bu mövsüm kifayət qədər forma şansı qazandığı bildirilir. Cənubi koreyalı futbolçunun əsas heyətdə yer almadığı dövrlərdə narazılıq etmədiyi, məşqlərdə ciddi çalışdığı və meydana çıxmaq şansı qazandıqda özünü yaxşı tərəfdən göstərdiyi qeyd olunur.

Kim Min Ce 2023-cü ilin yayında “Bavariya”ya keçib. O, Münhen klubunun heyətində bütün turnirlərdə 120 oyuna çıxıb və 5 qol vurub. Müdafiəçi ötən mövsüm 37 matçda iştirak edib.

Bənzər xəbərlər