featured-image-82925

“Mançester Siti”nin hücumçusu Erlinq Haland “Bavariya”nın maraq dairəsinə düşüb.

Msport.az xəbər verir ki, Münhen klubu Harri Keynin mümkün gedişindən sonrakı dövr üçün norveçli futbolçunun transferini nəzərdən keçirir.

“Bavariya” Keynin daha 2-3 il komandada qalacağına və yeni müqavilə imzalayacağına ümid edir. Bununla belə, klub Halandla bağlı vəziyyəti də təhlil edir. Bu variant norveçlinin “Mançester Siti”dən mümkün gedişinin Keynin gələcək ayrılığı ilə eyni vaxta düşəcəyi hal üçün nəzərdə tutulub.

Halandın transferində “Bavariya” ilə yanaşı, “Real” və “Barselona”nın da namizəd ola biləcəyi bildirilir. Sözügedən klubların hücumçunun transferini potensial olaraq artıq 2027-ci ildə nəzərdən keçirəcəyi gözlənilir.

“Transfermarkt”ın məlumatına görə, Halandın bazar dəyəri 220 milyon avrodur.

Bənzər xəbərlər