featured-image-75156

“Bavariya”nın hücumçusu Nikolas Cekson mövsümün sonunda komandada qalmayacaq.

Msport.az xəbər verir ki, Münhen təmsilçisi 2025/26 mövsümünün yekununda seneqallı forvardın transfer hüququnu “Çelsi”dən birdəfəlik almaq niyyətində deyil.

Futbolçu Almaniya klubunda kifayət qədər oyun praktikası qazanmır və müqavilədə yer alan məcburi satınalma bəndinin aktivləşdirilməsi gözlənilmir.

24 yaşlı hücumçu cari mövsüm “Bavariya”nın heyətində 22 rəsmi oyunda iştirak edib, 5 qol vurub və 1 məhsuldar ötürmə verib. Onun mövsümün sonunda yenidən “Çelsi”yə qayıtması gözlənilir.

Bənzər xəbərlər