“Bavariya”nın hücumçusunu qaytarır
“Bavariya”nın hücumçusu Nikolas Cekson mövsümün sonunda klubdan ayrılacaq.
Msport.az xəbər verir ki, tanınmış insayder Fabritsio Romano hücumçunun bu yay komandada 100 faiz qalmayacağını iddia edib.
Seneqallı futbolçunu “Çelsi”dən almaq hüququ ilə icarəyə götürən Münhen nəhəngi bu bəndi aktivləşdirməyəcək. İcarənin uzadılması da istisna olunur. Beləliklə, Cekson “Çelsi”yə qayıdacaq, lakin “mavilər” də ona ümid bəsləmir.
London nəhəngi ilə hazırkı müqaviləsinin müddəti 2033-cü ilə qədər olan 24 yaşlı futbolçunun transfer dəyəri 45 milyon avrodur.







