“Bavariya”nın Keynlə bağlı qərarı qətidir
“Bavariya”nın hücumçusu Harri Keyn Avropanın aparıcı klublarının maraq dairəsindədir.
Msport.az xəbər verir ki, Münhen təmsilçisi İngiltərə millisinin kapitanı ilə yeni uzunmüddətli müqavilə imzalayacağına əmindir.
Tərəflər arasında danışıqlar bir neçə aydır davam edir. “Bavariya” rəhbərliyi Keynin yeni müqaviləyə imza atmasını “baş verib-verməyəcəyi deyil, nə vaxt baş verəcəyi” məsələsi kimi qiymətləndirir.
32 yaşlı hücumçunun hazırkı müqaviləsinin başa çatmasına 12 ay qalıb. Bu səbəbdən Avropanın bir sıra klubları onun vəziyyətini yaxından izləyir.







