featured-image-75038

“Bayern” “Qalatasaray”ın hücumçusu Viktor Osimhenə maraq göstərir.

Msport.az xəbər verir ki, bu barədə insayder Ekrem Konur paylaşım edib.

Mənbənin sözlərinə görə, Münhen klubu hücum xəttini gücləndirmək üçün nigeriyalı fotvardı heyətinə cəlb etmək istəyir.

Osimhenə digər Avropa klubları da maraq göstərir. Ona görə də növbəti transfer pəncərəsində onun uğrunda mübarizə kəskinləşə bilər.

O, bu mövsüm 22 oyunda 15 qol vurub və 9 məhsuldar ötürmə verib.

Bənzər xəbərlər