featured-image-16730

Rumıniyanın “Styaua” klubu “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampfla danışıqları dayandırıb.

Msport.az PRO TV-yə istinadən xəbər verir ki, rumıniyalı mütəxəssis ən azı cari mövsümün sonunadək “ağ-qaralar”ın sükanı arxasında qalacaq.

Buna 47 yaşlı baş məşqçinin Bakı klubu ilə müqaviləsinin davam etməsi səbəb olub. “Styaua”nın prezidenti Cici Bekali Regekampfa gələn ilin yayınadək vaxt verib. Təcrübəli mütəxəssis cari mövsümün sonunda “Neftçi” ilə müqaviləsini pozmalıdır.

Hazırda Buxarest təmsilçisinin baş məşqçisi olan Mixay Pintili Regekampfın təyinatından sonra onun köməkçisisi vəzifəsini yerinə yetirəcək.

Bənzər xəbərlər