featured-image-2322

UEFA Millətlər Liqası çərçivəsində iyunun 6-da yığmamızın səfərdə Belarus seçməsinə qarşı keçirəcəyi oyunun məkanı müəyyənləşib.

Msport.az xəbər verir ki, Belarus – Azərbaycan matçı Serbiyanın Novi Sad şəhərindəki “Karadjordje” stadionunda keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Qeyd edək ki, UEFA Belarusun ev oyunlarının neytral meydanda azarkeşsiz keçirilməsi barədə qərar qəbul edib.

Bənzər xəbərlər