Belçikada bürünc medal
Azərbaycanın stolüstü tennisçisi Onur Quluzadə Belçikanın Spa şəhərində təşkil olunan “WTT Youth Contender” turnirində mükafatçılar sırasına düşüb.
Msport.az-ın məlumatına görə, yığma üzvü məşqçi Mixail Timofeyevin rəhbərliyi ilə qatıldığı yarışın qrup mərhələsində Fransa, Belçika, Portuqaliya və Ukrayna idmançılarına 3-0 hesabı ilə qalib gələrək pley-offa lider kimi vəsiqə qazanıb.
1/8 finalda belçikalı Noa Varranda 3-1, ardınca ispaniyalı Ladimir Mayorova 3-2 hesabı ilə qalib gələn Quluzadə yarımfinalda fransalı Nolan Constona 2-3 hesabı ilə uduzaraq turnirin bürünc medalı ilə kifayətlənib.
Qeyd edək ki, bu, idmançının cari ildə beynəlxalq yarışlarda qazandığı 6-cımükafatdır.