featured-image-33757
Portuqaliyanın aşağı liqa klubu “Amora”nın futbolçusu Kalifo Balde karyerasını Azərbaycanda davam etdirə bilər.
Msport.az xəbər “rekord.pt” saytına istinadən xəbər verir ki,  23 yaşlı sol cinah müdafiəçisi üç ölkədən təklif alıb. Bunlar Portuqaliya, Kipr və Azərbaycandır. Nəşr futbolçu ilə hansı klubun maraqlandığını yazmayıb. Qvineya-bissaulu Kalifa hələlik qərarını verməyib.
Qeyd edək ki, karyerası ərzində yalnız Portuqaliyada çıxış edən Kalifo Balde “Benfika”nın yetirməsidi.

Bənzər xəbərlər