featured-image-75446

“Əl-Hilal”ın yeni transferi Kərim Benzema məşq zamanı bud nahiyəsindən zədə alıb.

Msport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Fransalı hücumçunun növbəti matçda “Əl-Taun”a qarşı iştirakı ciddi şübhə altındadır. O, tezliklə tibbi müayinədən keçəcək və bundan sonra dəqiq sağalma müddəti müəyyənləşəcək.

38 yaşlı forvard qışda “Əl-İttihad”dan “Əl-Hilal”a keçib. O, yeni komandasında üç oyun keçirib, 3 qol vurub və 1 məhsuldar ötürmə verib.

Bənzər xəbərlər