featured-image-7971

“Qarabağ”ın “Lex” qarşısında 19 saniyədə hesabda geri düşdükdən sonra möhtəşəm geri dönüşündən çox yazılacaq, çox danışılacaq. Dünənki matçda maraq doğuran məqamlardan biri də heyətlə bağla idi.

Baş məşqçisi də əcnəbi olan – niderlandlı Con van den Brom – Poznan klubunun start heyətində 9 legioner var idi. İlk dəqiqələrdən meydanda yalnız iki polşalı futbolçu – Radoslav Muravski və Mixal Skoras mübarizə aparırdı.

Maraqlıdır ki, Qurban Qurbanov meydana 5 yerli futbolçu ilə çıxmışdı. Halbuki hətta gələn mövsüm Azərbaycan Premyer Liqasında legioner limiti 7+4) olacaq. Bu, həm də onu göstərir ki, azərbaycanlı futbolçuların (düzdü onların da bir çoxu milliləşib) potensialından düzgün istifadə etmək lazımdır.

“Qarabağ”ın start heyətində olan yerli futbolçular: Şahruddin Məhəmmədliyev, Maksim Medvedev, Elvin Cəfərquliyev, Filip Ozobiç, Riçard Almeyda.

Sonradan şans əldə etmiş azərbaycanlı futbolçular: Abbas Hüseynov, İsmayıl İbrahimli, Ramil Şeydayev.

“Lex”in start heyətində olan legionerlər: Artur Rudko (Ukrayna), Lübomir Satka (Slovakiya), Antonio Miliç (Xorvatiya), Pedru Reboşu (Portuqaliya),  Joel Pereyra (Portuqaliya), Yesper Karlstrom (İsveç), Kristoffer Velde (Norveç), Joao Amaral (Portuqaliya), Mikael İshak (İsveç).

 

 

Bənzər xəbərlər