“Beşiktaş” dünya çempionu ilə maraqlanır
Argentina millisinin və “Atletiko”nun futbolçusu Rodriqo De Paul Türkiyədə oynaya bilər.
Msport.az xəbər verir ki, 31 yaşlı futbolçu “Beşiktaş”ın transfer siyahısında yer alıb.
“İnter Mayami”də icarə əsasında oynamış argentinalı özü də Türkiyədə çıxış etməyi götür-qoy edir. “Rasinq”, “Valensiya”, “Udineze” klublarında çıxış etmiş De Paulun “Atletiko” ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.
O, “Beşiktaş”ın rəsmiləri ilə söhbətində şərtlərini də bildirib.







