“Beşiktaş”ın Bakıya gələcəyi tarix bilindi
UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda “Neftçi”nin qonağı olacaq “Beşiktaş”ın Bakıya gələcəyi tarix müəyyənləşib.
Msport.az xəbər verir ki, İstanbul nəhəngi paytaxtımıza matçdan bir gün öncə, yəni, avqustun 9-da çarter reysi ilə gələcək.
Həmin gün saat 20:00-da komandanın baş məşqçisi Şenol Güneş və futbolçusu Salih Uçanın iştirakı ilə mətbuat konfransı təşkil olunacaq. 20:30-da isə “qara qartallar”ın ilk 15 dəqiqəsi mətbuat üçün açıq olan məşqi olacaq.
Qeyd edək ki, avqustun 10-da “Neftçi Arena”da keçiriləcək qarşılaşma saat 21:00-da başlayacaq.







