featured-image-29256

“Beşiktaş”ın Bakıya səfər proqramı bəlli olub.

Msport.az xəbər verir ki, İstanbul klubu “Sabah”la xeyriyyə matçına oyundan bir gün əvvəl gecə saatlarında gələcək. “Qara qartallar”ın paytaxtımızda məşqi olmayacaq.

Şenol Güneşin komandası oyun başa çatan kimi Türkiyəyə qayıdacaq.

Biletlərin bu gün axşam saatlarında satışa çıxması gözlənilir.

Xatırladaq ki, “Sabah” – “Beşiktaş” qarşılaşması mayın 13-də saat 18:00-da Tofiq Bəhramov adına stadionda keçiriləcək.

Bənzər xəbərlər