featured-image-34685

UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Beşiktaş” – “Neftçi” matçının hakimləri açıqlanıb.

Msport.az xəbər verir ki, avqustun 17-də baş tutacaq qarşılaşma Avstriyadan olan hakimlər briqadasına həvalə olunub.

İstanbulda gerçəkləşəcək matçda baş hakim Yulian Veinbergerə laynsmanlar Andreas Vitşniqq və Sara Telek kömək edəcəklər. Görüşün ehtiyat hakimi Ştefan Ebner olacaq.

Qeyd edək ki, “Beşiktaş” – “Neftçi” oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Bu komandalar arasında ilk görüş isə ayın 10-da “Neftçi Arena”da keçiriləcək.

Bənzər xəbərlər