featured-image-34911

“Beşiktaş” UEFA Konfrans Liqasının III təsnifat mərhələsində qarşılaşacağı “Neftçi” ilə oyunun hazırlıqlarına başlayıb.

Msport.az xəbər verir ki, iki günlük istirahətdən sonra dünən öz bazasında bir araya gələn İstanbul təmsilçisi günü bir məşqlə başa vurub.

Bu gün Bakı vaxtı ilə saat 19.00-da isə komandanın mətbuata açıq məşqi olacaq.

Qeyd edək ki, “Neftçi” və “Beşiktaş” arasında ilk oyun avqustun 10-da Bakıda, cavab matçı isə 1 həftə sonra İstanbulda olacaq.

Bənzər xəbərlər