Bəxtiyar Həsənalızadənin keçəcəyi Türkiyə klubu bəlli oldu
“Kəpəz”dən ayrılan Bəxtiyar Həsənalızadənin anlaşdığı Türkiyə klubu bəlli olub.
Msport.az saytının əldə etdiyi məlumata görə, 30 yaşlı müdafiəçi “Tuzlaspor”a keçir.
Təcrübəli oyunçu tezliklə qardaş ölkəyə yollanaraq rəsmi müqaviləyə imza atacaq.
Qeyd edək ki, Həsənalızadə “Kəpəz”ə ötöən ay azad agent kimi keçmişdi.







