“Bəzi epizodlara baxanda fikirləşirəm ki, qələbə bizim olmalı idi”
Oyunçularımız çox çalışdılar, vuruşdular. Bəzi epizodlara baxanda fikirləşirəm ki, qələbə bizim olmalı idi. Lakin heç-heçə də pis nəticə deyil.
Msport.az xəbər verir ki, bu sözləri futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Vitali Borisov Avropa çempionatının əsas mərhələsində Bakıda İsveç yığması ilə 3:3 hesablı heç-heçə etdikləri oyundan sonra jurnalistlərə açıqlamasında deyib.
Mütəxəssis komandasının ikinci hissədə daha yaxşı oyun nümayiş etdirdiyini söyləyib: “İlk hissədə çox cərimə aldıq. Lakin ikinci yarıda çox yaxşı oynadıq. Hazırda heyətimizdə əsasən gənclər yer alır. Düşünürəm ki, onların inkişafı üçün hələ vaxt lazımdır. Biz onların üzərində işləməliyik. Belə gənclərlə işləməkdən həzz alıram”.