"Bəzi klubların mənimlə maraqlandığını bilirəm" - Kevin Medina
“Qarabağ”ın futbolçusu Kevin Medina TMW nəşrinin suallarını cavablandırıb.
Msport.az xəbər verir ki, kolumbiyalı müdafiəçi əvvəlcə yay transfer dönəmində adının bəzi klublarla hallanmasından danışıb.
– “Qarabağ”da xoşbəxtəm. Bəzi klubların mənimlə maraqlandığını bilirəm, amma gələcəkdə nə olacağını heç vaxt bilmirik. Gözləməliyik. Onu da deyim ki, daha böyük liqalarda həyata keçirmək istədiyim arzularım var.
– Ötən mövsüm Premyer Liqanın ən yaxşı müdafiəçisi seçildiniz və bu mövsüm Çempionlar Liqasına 2 məhsuldar ötürmə və 1 qolla başladınız. Bu mövsüm üçün arzunuz nədir?
– Bu mövsüm “Qarabağ”ın Çempionlar Liqasının qrupuna düşməsi və Kolumbiya millisində oynamaq arzumu həyata keçirməyə çalışacağam.
– Əgər seçə bilsəydiniz, hansı liqada oynamağa üstünlük verərdiniz?
– İngiltərə, Almaniya və ya İspaniya kimi bütün rəqabətli liqaları sevirəm… Amma düşünürəm ki, İtaliya çempionatına çox yaxşı uyğunlaşa bilərəm. Çünki mən sürətli mərkəz müdafiəçisiyəm, 4 və ya 3 müdafiəçi sistemində oynamağa öyrəşmişəm.