"Bəzi oyunçulara görə digərləri əziyyət çəkirlər" - "Araz-Naxçıvan"ın baş məşqçisi
“Araz-Naxçıvan” Azərbaycan Premyer Liqasının 31-ci turunda səfərdə “Sumqayıt”a 1:2 hesabı ilə məğlub olub.
Msport.az xəbər verir ki, qonaqların baş məşqçisi Andrey Demçenko oyunu dəyərləndirib:
“Bu gün oyunumuz pis alınmadı. Qol vurmaq üçün yaxşı imkanlarımız oldu. Bunlardan istifadə edə bilmədik və məğlub olduq. Səhvlərimizdən yararlandılar. İkinci hissədə oyunumuzu düzəltdik, qol vurduq və nəzarəti ələ ala bildik. Matçda qalib gəlmək üçün ölməlisən. Qələbə qazanmaq üçün bütün futbolçular oyunda can qoymalıdırlar. Ancaq bizdə bunu bəzi futbolçular etmirdi. Futbolda qələbə istəyirsənsə, bunu hamı istəməlidir. Kimsə aldatmağa çalışırsa, bunun əziyyətini komanda çəkir. Bəzi oyunçulara görə digərləri əziyyət çəkdilər”.







