featured-image-10468

“Qarabağ” çərşənbə günü UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda “Viktoriya Plzen”i qəbul edəcək. 2021-ci ildən Çexiya klubunun sükanı arxasına keçən Mixal Bilek əvəllər postsovet məkanında Tbilisi “Dinamo”su,”Astana” klublarında və Qazaxıstan millisində işləyib. Bilekin Qazaxıstandakı fəaliyyəti necə alındı?

Msport.az bu suallara cavab almaq üçün Qazaxıstanın “Qazsport” televiziyasının şərhçisi Difar Kadırova müraciət etdi:

“Pan Bilekin Qazaxıstandakı fəaliyyət dövrünü birmənalı qiymətləndirmək çətindir.  O, Şotlandiya üzərində sensasion darmadağınla başladı, Millətlər Liqasında rüsvayçı çıxışla (1 qələbə: 1-ci turda Litva üzərində) başa vurdu. Amma Qazaxıstandakı işi özünəməxsus təcrübə oldu. Burada başqa faktorların da rolu oldu. Bir ara Qazaxıstan Futbol Federasiyası onun maaşını azaltmaq məqsədi ilə “Astana”ya göndərdi. O, həm milliyə, həm də paytaxt klubuna rəhbərlik edirdi. Millətlər Liqasındakı həmin fiasko məhz bundan sonra baş verdi. “Astana” da rüsvayçı şəkildə Çempionlar Liqası ilə vidalaşdı. Üstəlik də bir tərəfdən pandemiya. Amma buna baxmayaraq, həmin anda onu millimizdə işləmiş ən yaxşı məşqçilərdən biri hesab edirdim. Dünya çempionatının seçmə mərhələsində yığmamız 10 xalın 6-nı San-Marino ilə matçlarda yığsa da, oyun dəsti-xətti görünürdü. Həmin vaxt Zaynutdinov parladı, Şetkin əla oynadı. Müdafiədə də hər şey qaydasında idi. Rusiya ilə başabaş döyüşüb yalnız standart vəziyyətdən qol buraxdıq. Əsas rəqibimiz Kiprə uduzduq, lakin komandada yorğunluq özünü göstərdi. Bilek MDB məkanı üçün çox liberal məşqçidir. O, futbolçulara çox azadlıq verir və bunu onların peşəkarlığına əsaslanaraq edir. Bizdə belə alınmır.

İndi Bilek qayıdıb  vətənində işləyir. Bu prinsiplər orda keçərli ola bilər. Nəticdə, “Viktoriya” Çempionlar Liqasının bir addımlığındadır. Qazaxıstanda isə belə şey mümkün deyildi”.

Bənzər xəbərlər