featured-image-79051

Türkiyənin “meqa ulduzu” Tarkan DÇ-2026-da ilk oyunda Avstraliyaya uduzan (0:2) milli komandaya dəstək olub.

Msport.az xəbər verir ki, məşhur müğənni bununla bağlı sosial mediada paylaşım edib:

“Həm yazında, həm qışında səninləyik” dediyimiz milliyə ilk görüşdən sonra bu qədər basqı edilməsini üzüntü ilə qarşıladım.

Bu səviyyədə mübarizə aparan idmançıların nə qədər böyük stres və və basqı altında meydana çıxdıqlarını unutmayaq. Mən bizim uşaqların və məşqçilər korpusunun əllərindən gələnin ən yaxşısını etmək üçün çalışdıqlarına inanıram.

Hələ yolun əvvəlində tənqidlə motivasiyanı aşağı salmaq əvəzinə “Bir oluruz yolunda” dediyimiz milli komandanın yolunda həqiqətən də bir olaq. Çünki ehtiyac duyduqları şey onları ittiham etmək deyil, anlamaq.

Nəticə necə olursa, olsun ən çətin anlarda dəstək çox önəmlidir. Udsalar da, uduzsalar da, yanlarında olaq və qürur duyaq”.

Bənzər xəbərlər