featured-image-1818

Sovet dövründə “ev komandası” imici qazanan “Neftçi” səfər matçlarında nadir hallarda yaxşı nəticlər göstərirdi. 1986-cı ildə isə bir qədər fərqli oldu. Bakı klubunun mövsüm ərzində 8 qələbəsindən üçü rəqib meydanlarında oldu.

“Zenit” üzərində o vaxt Kirovun adını daşıyan stadionda qeydə alınan qələbə mövsümün sonlarında baş vermişdi. 25-ci dəqiqədə İsgəndər Cavadov hesabı açsa da, 2-ci hissənin əvvəlində bərabərlik qolunu vurur. Amma həmin çempionatda əla oyunu ilə yadda qalan Maşallah Əhmədov 84-cü dəqiqədə “Neftçi”yə qələbə gətirir – 2:1.

“Neftçi” əksər çempionatlarda olduğu kimi həmin vaxt da güclülər dəstəsində yerini çətinliklə qorudu. 16 komanda arasında 13-cü yerdə. Geridə yalnız “Ararat” və elitanı tərk edən “Çernomorets”lə “Torpedo” (Kutaisi) qalmışdı. “Zenit” isə 4-cü yeri tutaraq, UEFA kubokunda çıxış etmək hüququ qazandı.

“Neftçi”nin heyəti: Aleksandr Jidkov, Mehman Allahverdiyev (Nazim Süleymanov, 66), Mustafa Bilalov, Arzu Mirzəyev, Valeri Pançik, Andrey Federovski, Vaqif Sadıqov (Əsgər Abdullayev, 87), Yaşar Vahabzadə, İqor Ponomaryov, Maşallah Əhmədov, İsgəndər Cavadov. 

Yeri gəlmişkən, Maşallah Əhmədov 13 qolla Minsk “Dinamo”sundan Qerqi Kondratyevlə birgə bombardirlər yarışında 4-5-ci yerləri bölüşdü. Əhmədov yalnız Aleksandr Borodyuk (Dinamo Moskva), Sergey Radionov (Spartak) və Oleq Pratasovdan (Dnepr) geri qaldı.

 

 

Aşağı sıradakı ilk şəkildə soldan sağa Pançik, Bilalov, Cavadov, Əhmədov, Ponomaryov və Mirzəyev canlı səddə zərbənin qarşısını almağa çalışırlar.

Bənzər xəbərlər