"Birinci dəfə deyil ki, futbolçular arasında dava düşür" - Florentino Peres
“Real”ın prezidenti Florentino Peres Fernando Valverdi ilə Orelyen Tçuameni arasında baş vermiş davaya münasibət bildirib.
Msport.az xəbər verir ki, Madrid klubunun rəhbəri hadisəni təkzib etməyib:
“Birinci dəfə deyil ki, futbolçular arasında dava düşür. Onlar demək olar ki, hər mövsüm dalaşırlar, ona görə ki, bir-birlərini itələyirlər.
Oyunçular arasında dava düşməyi dəhşətli idi, amma ən pisi bu xəbərin mətbuata çıxması oldu. Belə davalar hər il olur, bəzən mövsümdə bir neçə dəfə. Lakin əvəllər heç vaxt bu söhbətlər çölə çıxmırdı İlk dəfədir belə oldu”.
Xatırladaq ki, mayın 7-də “Real”ın məşqində Valverde ilə Tçuameni əlbəyaxa olub. Nəticədə uruqvaylı yarımmüdafiəçi xəstəxanaya aparılıb və ona tikiş qoyulub. Hər iki futbolçu 500 min avro cərimə olunub.







