featured-image-14358

Futzal üzrə Dünya çempionatının əsas mərhələsi çərçivəsində bu gün Polşa yığması ilə qarşılaşacaq Azərbaycan millisi dünən oyunöncəsi son məşqini keçirib.

Msport.az xəbər verir ki, baş məşqçi Joze Alesio da Silva əsas taktiki planda çalışmalara yer verib, oyunçular standard vəziyyətləri yerinə yetiriblər.

Məşq başa çatdıqdan sonra milli komandamızın üzvü Fineo De Arauxo federasiyanın mətbuat xidmətinə açıqlama verib. O, zədəsindən və qarşıdakı oyunlarla bağlı gözləntilərindən danışıb:

“Zədəm ciddi deyil, həkimin köməyi ilə meydana çıxa biləcəm. Vacib qarşılaşmadır. Bu gün (dünən) oyunöncəsi son məşqimizi keçirdik. Baş məşqçinin taktiki planda necə oynamalı olduğumuzla bağlı tapşırıqlarını icra etməyə çalışdıq. Demək olar, hazırıq. Təbii ki, zədəli futzalçılarımızın olması yaxşı hal deyil. Edurado Borges müdafiədə vacib fiqurdu, amma bu dəfə meydanda olmayacaq”.

O, rəqib haqda da qısa fikrini bildirib: “Polşanın oyununu izləmişəm. Güclü və ciddi rəqibdir. Taktiki planda düzgün oynayırlar. Fiziki cəhətdən də hazırlıqlı komandadır və meydanda demək olar, hərəkətsiz dayanmırlar. Amma bu göstəricilər bizim məqsədimizi dəyişə bilməz. Doğma meydanda oynadığımızı və zala bizi dəstəkləmək üçün azarkeşlərin gələcəyini nəzərə alsaq, xal itirməyə haqqımız yoxdur. Azarkeşlərimiz üçün mütləq sona qədər mübarizə aparacağıq. Əlbəttə, bizi ancaq qələbə qane edə bilər”.

Bənzər xəbərlər