featured-image-8980

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində İsveçrənin “Sürix” komandasına qarşı keçirəcəkləri cavab oyunundan öncə fikirlərini bölüşüb.

Msport.az xəbər verir ki, 50 yaşlı mütəxəsiss bu gün Sürixdə baş tutan mətbuat konfransında bunları söyləyib:

“Çox vacib və maraqlı oyun olacaq. Fərqli oyun sistemində oynayan komandaya qarşı oynayacağıq. Xeyli vaxtımız oldu hazırlığa. Meydanda bizi bəzi sürprizlər gözləyə bilər. Amma bütün detallara hazır olmalıyıq. Və yaxşı nəticə göstərmək üçün buna hazırıq”.

Qurbanov heyətlə bağlı planlarından da söz açıb: “Heyəti çox dəyişməyi xoşlamıram. Güvəndiyim futbolçular var. Oyunlar fərqli olur. Ola bilər xırda dəyişikliklər olsun. Amma sabahı gözləyək”.

“Əlavə vaxta gedə bilərmi oyun? Belə oyunlar elədir ki, oyunun gedişində hazır olmalıyıq. Həm əlavə vaxta, həm də penaltilərə hazır olmalıyıq. Rəqibin bir futbolçusunun da fikrini oxudum. O da deyib finala bərabər oyun olacaq. Həqiqətən elə oyundur. İstərdik ki, əsas vaxtda oyunun taleyi həll olunsun”.

Qurbanov bu oyunda müdafiə futbolu sərgiləməyi düşünmədiklərini bəyan edib: “Ola bilər açıq oyun getsin. Rəqib həddindən artıq məcbur etməsə, qapıda oturmaq fikrimiz yoxdur. Hər iki komanda elə stildə oynayan komandadır ki, qapalı oyun olacağını gözləmirəm. Məncə, azarkeşlər üçün maraqlı oyun gedəcək”.

Bənzər xəbərlər