featured-image-26620

“Səbail”in futbolçusu Ağabala Ramazanov Misli Premyer Liqasının XXVIII turunda “Kəpəz”ə qarşı keçirəcəkləri oyundan danışıb.

Msport.az xəbər verir ki, 30 yaşlı hücumçu klubun mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:

“Ölkə çempionatında milli komandaların oyunları ilə əlaqədar olaraq fasilə yarandı. Biz də bu fasilədən istifadə edərərək çatışmayan cəhətlərimizin üzərində çalışdıq. “Kəpəz” oyunu öncəsi məşqlərimizə yüksək əhvali-ruhiyyə ilə davam edirik. Bizi qarşıda çətin səfər oyunu gözlədiyini bilirik. Amma Gəncəyə qələbə qazanmaq üçün gedirik. Mən və komanda yoldaşlarım buna inanırıq”.

Qeyd edək ki, aprelin 1-də keçiriləcək “Kəpəz” – “Səbail” oyunu saat 15:30-da başlayacaq.

Bənzər xəbərlər