featured-image-24823

“Neftçi”nin müdafiəçisi Voyislav Stankoviç Misli Premyer Liqasının XXVI turu çərçivəsində “Şamaxı”ya qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.

Msport.az xəbər verir ki, o, bu gün baş tutan açıq məşq zamanı bunları söyləyib:

“Şamaxı” ilə oyuna yaxşı hazırlaşırıq. Bilirik ki, orada ancaq yerli futbolçular cəmləşib. Son vaxtlar da yaxşı formadadırlar. Xüsusən də, ev oyunlarını qeyd edərdim. “Sabah” üzərində qələbə qazandılar. Bizi orada çətin oyun gözləyir”.

Stankoviç müdafiənin sol cinahında Azər Əliyev və ya Azər Salahlının oynamasının onun üçün fərq etmədiyini bildirib: “Azər Salahlı ilə oynayanda da rahat oluram, Azər Əliyevlə birlikdə çıxış edəndə də. Əliyev daha yaxşı formada olduğu üçün baş məşqçi son vaxtlar ona daha çox şans verir”.

Martın 12-də baş tutacaq “Şamaxı” – “Neftçi” matçına saat 15:00-da start veriləcək.

Bənzər xəbərlər