featured-image-1464

“Sabah”ın baş məşqçisi Murad Musayev “Neftçi” ilə matçdan (0:1) sonra oyunu dəyərləndirib. Msport.az xəbər verir ki, rusiyalı mütəxəssis təmiz qollarının sayılmadığını deyib:

“Böyük üstünlüyə malik idik. Rəqib meydanın özünə aid hissəsində bütün komanda ilə müdafiə olunurdu. Avtoqoldan sonra onlar bütün oyunu müdafiədə oturdular. Çempionla səfər oyununa gələndə əsl futbol görmək istəyirsən. “Neftçi”nin ifasında çox qəribə oyun gördük.

Bizim təmiz qolumuzu saymadılar. Orda, cərimə meydançasında qayda pozuntusu yox idi. Öz komandama təşəkkür edirəm. İkinci hissədə nə qədər fasilə yarandı, əvəzetmələr oldu və hakim cəmi 3 dəqiqə əlavə etdi. Bu hakim mənim “Sabah”ın baş məşqçisi kimi ilk oyunumu idarə etmişdi. Həmin vaxt Xuan Kamaranı meydandan qovmuşdu, bizim penaltini verməmişdi. Oyunu ürəyi necə istəyir, elə idarə edir.

Avrokuboklarda çıxış etmək istəyirik. Ancaq bugünkü kimi oyunlar olsa, biz avrokuboklara yüksələ bilməyəcəyik. Əlimizdən gələni edəcəyik ki, avrokuboklara vəsiqə qazanaq. Mayın sonunda görərik, necə olacaq”.

Bənzər xəbərlər