featured-image-2291

Məşhur “Transfermarkt” portalı dünən “Neftçi”nin “Qəbələ”nin kapitanı Ürfan Abbasovu transfer məsi barədə məlumat yayıb. İddiaya görə, 29 yaşlı futbolçunun əyalət təmsilçisi ilə müqaviləsi başa çatdıqdan sonra – iyunda “ağ-qaralar”ın düşərgəsinə qoşulacaq.

Ancaq Msport.az-a açıqlama verən “Neftçi”nin idman direktoru Zaur Əzizov bu xəbəri təkzib etdi: “Bizim Ürfan Abbasovla müqavilə bağlamağımız, ümumiyyətlə, maraqlanmağımız doğru deyil. Yəni yayda Ürfan “Neftçi”yə transfer olunmayacaq. Ola bilər ki, bu, “Transfermarkt”ın texniki səhvidir. Hər halda sizə dəqiq onu deyə bilərəm ki, Abbasov bizim transfer hədəflərimizdə deyil”.

2012-2019-cu illərdə də “Qəbələ”nin formasını geyinmiş Ürfan Abbasov keçən ilin yayında “Səbail”dən “qırmızı-qaralar”a qayıdıb. O bu mövsüm 24 oyunda 1 qol vurub, 2 məhsuldar ötürmə verib.

 

Bənzər xəbərlər