featured-image-42900

Yüngül çəkidə mübarizə aparan 23 yaşlı yaponiyalı boksçu Kazuki Anaquçi vəfat edib.

Msport.az xəbər verir ki, buna səbəb onun həmyerlisi Seiya Tsutsumi ilə ölkə çempionu titulu uğrunda döyüşdə aldığı xəsarətlər olub.

Anaquçi dərhal xəstəxanaya çatdırılaraq, əməliyyat olunsa da, həkimlər onun həyatını xilas edə bilməyib. Boksçu əməliyyatdan 7 gün sonra vəfat edib.

Qeyd edək ki, ötən il dekabr 26-da baş tutan döyüşdə Anaquçi dörd dəfə nokauta düşüb. Lakin o, mübarizəni davam etdirib və 10 raund döyüşüb. Bu, boksçunun karyerasında ilk məğlubiyyətini olub.

Bənzər xəbərlər