featured-image-61988

Gənc boksçulardan ibarət Azərbaycan millisi Rumıniyada keçirilən “Drakula Open” beynəlxalq turnirini 9 medalla başa vurub.

Msport.az xəbər verir ki, 23 ölkənin qatıldığı yarışda boksçularımız 4 qızıl, 1 gümüş və 4 bürünc medal əldə ediblər.

Komandamızın heyətində Bilalhəbaşi Nəzərov (51 kq), Zidan Hümbətov (54 kq), Sübhan Babayev (57 kq) və Məhəmməd Cəfərov (+92 kq) çempion olublar. Hikmət Məmmədov (48 kq) finalda rəqibinə məğlub olaraq gümüş mükafata yiyələnib.

Baqir Əmirxanlı (60 kq), Abbasqulu Şadlinski (75 kq), Mircəlal Mirağayev (80 kq) və Hüseyn Hüseynli (92 kq) isə turniri üçüncü pillədə bitirib.

Millimiz 9 medalla komanda hesabında ikinci yeri tutub.

Bənzər xəbərlər